Kilsədağ qəbristanlığı (Baş Küngüt)

Image

Baş Küngüt kəndində Albaniyanın xristianlıq tarixinə şahidlik edən qədim qəbristanlıq mövcuddur. Çay və ya qaya daşından olmaqla üzəri sal daşlarla örtülən torpaq qəbirlər Şəkinin yalnız Baş Küngüt kəndində deyil, Orta Zəyzid, o cümlədən Oğuz rayonunun Calut, Kərimli kəndlərində və digər ərazilərdə çoxluq təşkil edir. Bu cür qəbir tiplərinə Albaniyanın digər erkən orta əsr abidələrində də rast gəlinir. Belə qəbirlərin kamerası torpaqla doldurulmuş, üzəri bəzən ağacla da örtülmüşdür. Azərbaycan tarixşünaslığında, içərisində sıx bükülü skeletlər olan torpaq qəbirlər-Yaloylutəpə mədəniyyətinin, bir qədər sonralar isə, onunla birgə mövcud olmuş və ondan sonra bir neçə əsr ərzində yaşamış, Albaniya ilə qonşu olan vilayətlərdə də məlum olan küp qəbirlər mədəniyyətinin alban tayfalarının vəhdətinin arxeoloji inikası olduğu qəbul edilmişdir.

Küp qəbir. Azərbaycan Tarix Muzeyi.

Şəkinin antik və ilk orta əsr qəbir abidələri içərisində küpdə dəfnetmə mühüm yer tutmuşdur. Azərbaycanın rast gəlinən küp qəbirlərinin əksəriyyəti üfüqi istiqamətdə yerləşdirilsə də, Şəki ərazisində şaquli şəkildə basdırılan küp qəbirlərə də təsadüf edilmişdir. Cənubi Qafqaz üçün  küp qəbirlər e.ə.VIII əsrlərdən bizim eranın VIII əsrinə qədərki dövr üçün xarakterikdir.

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In