
«Alban yolu»
Azərbaycan tarixinin qədim dövlətçilik tarixinin ən mühüm dövrlərindən biri olan Alban tariximizin izlərinə əyani şəkildə nəzər salmağa şərait yaradan bir şirkətdir. Sizi məbədlər diyarı, tarixin ən qədim qatlarını özündə əks etdirən, dünyanın ən nümunəvi tolerantlıq mərkəzlərindən biri olan Azərbaycanı daha yaxından kəşf etməyə dəvət edirik.
Biz kimik?
Biz tarixini sevən, qədim tarixi yollarımızı araşdıran və bu yollardakı tarixi abidələri gələcək nəsillərin görməsini hədəfləyən komandayıq.
İstər bu tarixi yolla səfər, istərsə də bu yoldakı təbiət gözəlliklərinə tamaşa etmək bizi həm öz milli kimliyimizi daha yaxşı dərk etməyə, həm də bu irsin bir parçası olmağa imkan verəcəkdir. Hər səyahətin bir kəşf, hər kəşfin həyatın mənasını dəyişən bir xoşbəxtlik olduğunu bilirik. Xoşbəxtlik üçün öz həyatımızı necə diqqətlə planlaşdırırıqsa, eyni diqqət və əməklə başqalarının xoşbəxtliklərini də hazırlayan yol məsləhətçiləriyik.
Biz, «Alban yolu» komandası əla maddi-texniki hazırlığa diqqət yetirən və hər şeydən əvvəl işlədiyimiz mühitə həvəs göstərən rəhbər peşəkarlardan ibarət ixtisaslaşmış komandayıq. Səyahət yoldaşlarımız üçün hazırlayacağımız yeni bir səyahətin, yeni bir tur proqramının həyəcanı hər zaman ürəklərimizi döyündürür. Biz başqalarını öz rahatlıq zonalarından kənara çıxmağa, naməlum olanı qəbul etməyə və macəra həyəcanını birlikdə yaşamağa ruhlandırmağa çalışırıq. Ekspedisiyalarımız və turlarımız keyfiyyət, xidmət və təhlükəsizliyi ön planda tutmaqla, diqqətlə təşkil edilmiş macəralar təklif edən təcrübəli komandamız tərəfindən idarə olunur.
Bizim missiyamız macəradan daha artıqdır. Biz ətraf mühitin mühafizəsi və davamlı turizm dəyərlərinə sadiqik və gələcək nəsillərin də bu gün səyahət etdiyimiz mənzərələrdən həzz almasını təmin edirik. Biz öz fəaliyyətimiz və təbliğatımızla Azərbaycanın təbiət möcüzələrini gələcək illər ərzində qoruyub saxlamağa ümid edirik. Bizimlə bu macəraya qoşulmaq istəyən şəxslərə maarifləndirici təlimlər də təklif edirik. Biz səyahət etməyi, tariximizi, təbiəti və insanı kəşf etməyi, mədəniyyətləri öyrənməyi ehtirasla sevən, gördüklərimizi, öyrəndiklərimizi paylaşmağı həyatımızın mərkəzinə qoymuş təbiəti sevən turizm professionallarıyıq.
Ən gözəl macəranın evə sağ-salamat evə dönülən macəralar olduğunun fərqindəyik. Təhlükəsizliyinizi və xoşbəxtliyinizi hər şeydən öndə tutarıq. Biz dünyadakı bütün rənglərin, insanların, mədəniyyətlərin, təbii gözəlliklərin qorunmalı olduğuna ürəkdən inanan və bunun üçün məsuliyyət daşımaqdan çəkinməyən təbiət sevərlərik. Adını da, gücünü də, ruhunu da xalqımızın tarixi köklərindən almış; fərq yaradan bir səyahət anlayışının reallaşdırılmasını hədəfləyən professionalların bir yerə gələrək meydana gətirdiyi Alban Yolu Komandasıyıq!