Kiş kənd məscidi

Image

Kiş kəndi Azərbaycanın xristianlıq tarixinə şahidlik edən qədim kəndlərindən biridir. Maraqlıdır ki, 1824-cü ildə Şəki üzrə tərtib edilmiş kameral təsvirdə bu kənddə bir nəfər də olsun xristian qeydə alınmamışdır. Əhalisi XIX əsrin 20-ci illərindən yalnız müsəlmanlardan ibarət bir kənd olaraq xatırlanır. Buna baxmayaraq kənddə qədim tarixi bir məscidin olması və onun yeri barədə hər hansı bir dəqiq məlumat yoxdur. Kənddə məlum olan yeganə müsəlman məscididir ki, o da son illərdə inşa edilib.    

2000-2008-ci illərdə Kiş kənd məscidi Vələmmədlər məhəlləsi ilə Maaflar məhəlləsinin kəsişməsində Kiş kənd əhalisinin köməkliyi ilə tikilmişdir. Həmin məscid tikilən zaman təşkilatçılıq edən Nəsibov Yusif olmuşdur. Məscidin tikintisində işləyən ustalar adı məscidin kitabəsində də qeyd edilib - Əlövsət Əşrəf oğlu Əkbərov, Albaba Zahid oğlu Məmmədov, Camal Şükür oğlu Rzayev. 

             

Məscidin kitabəsində hətta məscidin bütün inşa prosesi vaxtı ustaların yeyib-içməyini təmin edən şəxsin adı (Əkbərova Suriyə Gülü qızı) belə qeyd edilib. Məscidin minarəsinin tikintisi 47 günə başa çatdırılmışdır. Məscid minarəsinin inşa edən 3 usta ilə yanaşı təşkilatçı İsmayılov Şavəddin Seyfəddin oğlu 47 gün ərzində tikinti prosesində təmənnasız işləmişdir. Məscidin kitabəsindən o da bəlli olur ki, məscidin tikintisində maddi-təminat işini Rusiyada yaşayan kənd sakinlərinin köməyi az olmamışdır. 

Bugün kəndə səfər edən Kişdə yalnız xristian məbədi deyil, həm də məscid görə bilər. Biri bizim keçmiş, digəri isə bugünkü dini inancımızı ifadə edən tarixi əhəmiyyətli bir abidədir. 

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In