Muxas qülləsi

Image

Oğuz rayonunun Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında IX əsrə aid edilən qüllə yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır.

 Onun hündürlüyü 11,6 m, divarının qalınlığı hörgünün aşağı sıralarında 1,5 m, yuxarıda 1 m-dir. Qərb divarında hündürlüyü bayır tərəfdən 1,1 m, içəridən 1,5 m olan qapı açırımı vardır. Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mazğal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 m, eni 0,6 m olan açırım vardır.

Qüllə çaydaşı və çay daşlarından kirəc məhlulu ilə tikilmişdir. 1x0,5x0,5m ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu. Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 m qalınlıqda mədəni təbəqə yatımının varlığını göstərmişdir. Əldə olunmuş arxeoloji materialların və abidənin memarlıq xüsusiyyətlərinin müqayisəli təhlili onun IX əsrdə inşa edildiyini və XIV əsrədək istifadə olunduğunu söyləməyə imkan vermişdir. 1965-ci ildə burada aparılmış arxeoloji qazıntılar nəticəsində şirli və şirsiz saxsı qab qırıqları tapılmışdır. Azərbaycan Sovet Ensiklopediyasında isə abidə IX-XIII əsrlərə aid edilir.


Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In