Calut monastırı

Image
Calut monastırı Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır.

Kompleksə zəngin, bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş məbəd isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır.

Rəvayətə görə, qədim kiçik məbədin əsası yeni eranın I əsrində müqəddəs Yelisey tərəfindən qoyulmuşdur. Sonradan bərpa edilmiş və son bərpa işləri 1411-ci ildə aparılmışdır.

Kilsənin girişi önündə XV əsrdə yaşamış alban katalikosu dəfn edilmişdir. Məbəd 6x4.30 m ölçülü ibadət zalından və 3.65x1.75 m ölçülü mehrab apsidasından ibarətdir. Məbədin şərq və qərb divarları XX əsrin sonlarına qədər  2-2.6 m hündürlüyündə saxlanılmış, lakin şimal və cənub divarlarının az hissəsi qalmış, tikilinin yuxarı hissəsindən tökülən daşlar onların üstünə qalaqlanmışdır. Dağıntılar içərisində konstruksiya qalıqları zalın örtüyünün tağbənd olmasını göstərir. Kilsə divarlarının hörgüsü də maraq doğurur.

Onlar əhəngdaşından, kötür daşdan, bişmiş kərpicdən, butebeton kimi müxtəlif materiallardan hörülmüşdür. Yəqin ki, bu çoxsaylı yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Xeyli qalınlığı olan qərb divarı Ağdam rayonundakı Gavur qala məbədinin divarları ilə eyni konstruksiyaya malikdir. Lakin xarici təbəqinin daşları öz forması və ölçülərinə görə müxtəlifdir. Bu cür mənzərəli fonda giriş qapısı xüsusi olaraq seçilir. Bütöv yarımddairəvi daşdan olan giriş atmasının üzərindəki tağın dabanları qapı açırımını çərçivələyən hörgünün yuxarı daşlarının üstünə oturdulmuşdur. Qərb fasadındakı dar xaçşəkilli pəncərə kənardan olan düzbucaqlı bütöv daşın mərkəzində yonulmuşdur. Şərq divarında, mehrab olan hissədə də işıq üçün açırım olmuşdur. Günümüzə qədər gəlib çatmış rəvayətdə deyilir ki, Calut məbədinin əsası hələ eranın I əsrində həvari Yelisey tərəfindən qoyulmuşdur. Albaniya xristianlığı qəbul etdikdən sonra bu qədim kilsəninin yerində qalıqları indiyə qədər gəlib çatmış məbəd inşa edilmişdir. Məbəd erkən orta əsrlər dövründə, V əsrdən gec olmayaraq tikilmişdir. Məbədin qərb divarının bir hissəsi 2000-ci illərin əvvəllərində hələ mövcud idi. Yeni kilsə Rusiya hökumətinin minlərlə erməni ailəsini Azərbaycana köçürdüyü vaxtlarda erməni köçkünləri tərəfindən 1811-ci ildə tikilmişdir. Yeni kilsənin binası divarların düzbucaqlı abrisinə daxil edilmiş yarımqövs şəkilli apsidalı üçneftli bazilikadan ibarətdir. Calutda düzbucaqlı apsidi olan daha bir bazilikanın qalıqları mövcuddur. Cənub-qərb küncündə kiçik sövmənin olması bu kilsənin səciyyəvi xüsusiyyətidir.    




Qədim bazilikanın monastr yaxınlığındakı qalıqları


Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In