Alban yolu: Şəkidən Oğuza alban kilsələri və karvan yolu trekkinqi

Image

 Dağların qoynunda unudulmaz bir səyahətə çıxın və hər addımda təbiətin möhtəşəmliyini hiss edin! Bu macəra sizə Böyük Qafqazın sehrini, qədim kəndlərin ruhunu və vəhşi təbiətin azadlığını yaşadacaq.                                  

Azərbaycanda Şəki şəhəri — Kiş kəndi — Şəki şəhəri — Vərəzət kəndi — Baş Zəyzid kəndi — Orta Zəyzid kəndi — Bideyiz kəndi — Baş Küngüt kəndi — Baş Kəldək kəndi — Oraban kəndi — Muxas  kəndi — Calut  kəndi — Oğuz şəhəri üzrə Alban yolu marşrutu ilə bir ömür yadda qalacaq məcəraya çıxın. Bu mənzərəli yol bölgənin tarixi karvan yolları və bu yollar üzərində yerləşən qədim tarixi abidələri, xalqımızın xristian keçmişinə dair izləri, özündə birləşdirir, ərazinin zəngin mədəni və tarixi müxtəlifliyini görmək üçün gözəl şərait yaradır.  Qafqaz dağlarını keçərkən vadilərin, göllərin və vəhşi təbiətlə dolu sıx meşələrin nəfəs kəsən mənzərələrini görün. Qədim karvan yollarını, qalaları, kilsələri, məscidləri, gözətçi qüllələrini və keçilməz yolları özünüz üçün kəşf edin. Yerli xalqın rəngarəng mədəniyyəti, ləziz mətbəxi və adət-ənənələri ilə tanış olun. Siz bölgənin ətrafı boyunca yerləşən kəndlərə çatdığınız zaman hər addımda heyranlıq və heyrət hissi ilə nəticələnən yeni və həyəcanverici bir şeylə qarşılaşacaqsınız. 

1-ci GÜN: ŞƏKİ ŞƏHƏRİ — KİŞ KƏNDİ 

Maşınla qədim Kiş kəndinə yola düşürük. Burada tarixin dərin izlərini qoruyub saxlayan I–V əsrlərə aid Kiş məbədini ziyarət edirik. Daha sonra kəndin qədim məhəllələrində gəzərək, oranın əsrarəngiz atmosferini hiss edir, son illərdə inşa edilmiş Kiş məscidi ilə tanış oluruq.

Kiş kəndindən möhtəşəm Gələrsən-Görərsən qalasına doğru yol alırıq. Kiş çayını keçərək bu əfsanəvi qalaya çatırıq və buradan açılan füsunkar mənzərənin şahidi oluruq. Qalanı kəşf etdikdən sonra Şəki şəhərinə geri dönürük.

Nahardan sonra Şəki şəhərinin tarixi və mədəni zənginliklərini kəşf etməyə başlayırıq. Səyahətimiz Şəki qalasından başlayır, ardından incə şəbəkə sənəti ilə seçilən möhtəşəm Xan Sarayını ziyarət edirik. Daha sonra Dairəvi Alban məbədini və Şəkinin qədim karvansaralarını gəzərək bu tarixi şəhərin unikal ab-havasını hiss edirik.

Gecələmə: Şəki

Şəki haqqında ətraflı məlumat:

Kiş kəndi haqqında ətraflı məlumat:

Kiş məbədi haqqında ətraflı məlumat:

Gələrsən-Görərsən haqqında ətraflı məlumat:

Xan Sarayı haqqında ətraflı məlumat:

Dairəvi Alban məbədi haqqında ətraflı məlumat:

Şəki karvansarayı haqqında ətraflı məlumat:

  • Marşrutun uzunluğu: 4 km

  • Müddət: 2-3 saat

  • Ən alçaq nöqtə:1000m 

  • Ən yüksək nöqtə: 1235 m

  • Marşrutun başlanma yüksəkliyi:1000m 

  • Marşrutun bitmə yüksəkliyi:  1235m

  • Şəki: 560 m

  • Kiş kəndi 1000 m

  • Gələrsən -Görərsən qalaıs: 1235 m

2-ci GÜN:  ŞƏKİ- VƏRƏZƏT  — ORTA ZƏYZİD  — BAŞ KÜNGÜT - ORABAN KƏNDİ

Səhər yeməyindən sonra Şəki şəhərinin tarixi Gəncəli məhəlləsinə yola düşürük. Buradan Vərəzət kəndi istiqamətində dağ yolu ilə yürüşə başlayırıq. Məhəllənin yuxarı hissəsindən Şəkinin füsunkar mənzərəsini seyr edərək təbiətin gözəlliyindən zövq alırıq.

Təxminən 2 saatlıq yürüşdən sonra Vərəzət kəndinə çatırıq. Burada qısa bir fasilə verdikdən sonra Orta Zəyzid kəndinə doğru yürüşümüzü davam etdiririk. Kəndə çatdıqda Xaçvari Zəyzid kilsəsini və tarixi Zəyzid sövməsini ziyarət edirik. Bu qədim tikililər Azərbaycan tarixinin dərin izlərini daşıyır və səyahətimizi daha da maraqlı edir.

Orta Zəyziddən yolumuzu Baş Küngüt kəndinə davam etdiririk. Burada yerləşən tarixi Alban  kilsəni ziyarət etdikdən sonra son dayanacağımız olan Oraban kəndinə doğru irəliləyirik. Oraban kəndində yerləşən qədim Alban qəbirstanlığını ziyarət edib, günün sonunda Oraban kəndinin qonaq evində istirahət edərək, dağ yürüşümüzün yorğunluğunu çıxarırıq.

Vərəzət kənd haqqında ətraflı məlumat:

Orta Zəyzid kəndi haqqında ətraflı məlumat:

Xaçvari Zəyzid kilsəsi haqqında ətraflı məlumat:

Baş Küngüt kəndi haqqında ətraflı məlumat:

Baş Küngüt Alban  kilsəni haqqında ətraflı məlumat:

Orabankəndi haqqında ətraflı məlumat:

Oraban  Alban qəbirstanlığını haqqında ətraflı məlumat:

  • Marşrutun uzunluğu: 23 km

  • Müddət: 6-8 saat

  • Ən alçaq nöqtə: 666 m

  • Ən yüksək nöqtə: 1157 m

  • Marşrutun başlanma yüksəkliyi: 570 m

  • Marşrutun bitmə yüksəkliyi: 810 m

3-cü GÜN: ORABAN KƏNDİ - MUXAS-CALUD KƏNDİ- OĞUZ ŞƏHƏRİ

 Oraban kəndindən Oğuz şəhərinə doğru səyahətimizə davam edirik. Füsunkar Oraban meşəsindən keçərək, təbiətin qoynunda irəliləyirik. Daşağlı çayını aşaraq qədim tarixə şahidlik edən Muxas qülləsinə çatırıq. Buradan yolumuzu davam etdirib Muxas kəndinə daxil oluruq.

Muxas kəndindən dağ yolu ilə qədim Calut kəndinə keçirik. Kəndin içindən keçərək, yüksəkdə yerləşən sirli Alban məbədinə doğru irəliləyirik. Burada tarixin izlərini hiss edib, unikal abidəni ziyarət etdikdən sonra Oğuz şəhərinə yol alırıq. Oğuz şəhərinin gözəlliklərini və Alban məbədini kəşf edərək, səyahətimizi unudulmaz xatirələrlə tamamlayırıq.

Bakıya yola düşürük.

Muxas qülləsi haqqında ətraflı məlumat:

Muxas kəndi haqqında ətraflı məlumat:

Calut kəndi haqqında ətraflı məlumat:

Calut Alban məbədi haqqında ətraflı məlumat:

Oğuz şəhəri haqqında ətraflı məlumat:

  • Marşrutun uzunluğu: 23 km

  • Müddət: 5-6 saat

  • Ən alçaq nöqtə: 600 m

  • Ən yüksək nöqtə:970 m 

  • Marşrutun başlanma yüksəkliyi:810 m

  • Marşrutun bitmə yüksəkliyi: 650 m

Lazımi ləvazimatlar:
  • Bel çantası (40-50 l)

  • Su keçirməz bot (Waterproof)

  • Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)

  • Tozluq

  • Yürüş çubuqları

  • Gün eynəyi, papaq, günəş kremi və s.

  • Əlcək, papaq

  • Corab (sintetik)

  • Alın fanarı

  • Ilk yardım çantası (şəxsi dərman və s.)

  • Termos və su qabı

  • Qida və su ehtiyyatı

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır




Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In