Muxas kəndi

Image

Oğuz rayonunun alban yolu üzərində yerləşən kəndlərindən biri də Muxasdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır.

 Kənd rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Keçmişdə Muxas Bucaqlı da adlanmışdır. Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasın­da mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, -as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var.

Kəndin ərazisində Muxas qülləsi var. Bu qüllə Oğuz rayonunun Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Azərbaycan Sovet Ensiklopediyasında isə abidə IX-XIII əsrlərə aid edilir.

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In